İran Azərbaycanın D-8-ə üzv olmaq üçün müraciətini dəstəklədi

XARİCİ SİYASƏT 28 iyl 2022, 10:53
İran Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciətini dəstəkləyib.

“Report” “Eurasia Review” jurnalına istinadən xəbər verir ki, D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib.

“D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan quruma üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top