Sumqayıtda gənclərin qadın üstündə qanlı davası — TƏFƏRRÜAT

KRİMİNAL 26 iyl 2022, 11:37
Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Nəcəf münaqişə zəminində sevgilisi Vəliyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 8-də, gecə saat 01 radələrində yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi evdə baş verib. 

Münaqişə zamanı Vəlinini bıçaqla bud nahiyyəsinə qəsdən bir dəfə zərbə vurub. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1991-ci ildə Sumqayıt şəhərində doğulub və hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi ünvanda yaşayır: “Subayam, fəhləliklə məşğul olaraq özümü dolandıram. Əvvələr bir neçə dəfə məhkum olmuşam. Günay adlı qızı 7 ilə yaxındır ki, tanıyıram, onunla qeyri-rəsmi münasibətim var. Ara-sıra yaşadığım evə gəlib, mənimlə birgə qalıb”. 

Nəcəf qeyd edib ki, zərərçəkmiş Vəlini 2 ildir tanıyır: “Vəli ilə yaxın münasibətim olub. Evdə təmir işləri apardığıma görə, Vəliyə zəng etdim, ondan kömək etməsini xahiş etdim. Vəli sözümü yerə salmadı, yaşadığım evə gəldi. Biz bir qədər evdə təmir işləri apadıq. Bu zaman Günay bizə ara-sıra çay gətirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən günü, evdə çay içən zaman Vəli ona Günayla əvvələr qeyri-rəsmi münasibətdə olduğunu söyləyib: “Onun bu sözünə məhəl qoymasam da, Vəli yenə Günay ilə münasibətlərini danışmağa başladı. Bundan əsəbləşdim, onunla sözlə mübahisə etdim. Bu zaman stolun üzərində olan bıçağı götürdüm, onun sağ bud nahiyyəsinə 1 dəfə bıçaqla vurdum. Vəlinin ayağından qan axdığını gördüm. Etdiyim əmələ görə peşman oldum və əlimdəki bıçağı yerə tulladım. Günayla ona ilkin tibbi yardım göstərdik. Onun ayağından qanın axmasını görərək təcili tibbi yardıma apardıq”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəli də eyni məzmunlu ifadə verib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Nəcəfin barəsində ittihamedici hökm çıxarmayıb. Onun barəsində olan cinayət təqibinə xitam verib.
 
Nəcəf cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top