Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edildi — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 25 iyl 2022, 14:47
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir. 

Demokrat.az xəbər verir ki, bu dəfə Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb. Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.  

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib. 

Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.
 
Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. Görüləcək işlər innovativ yeniliklərin tətbiqi ilə müasir standartlara uyğun reallaşdırılacaq. 
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top