“S&P” manatın sabit qalacağını proqnozlaşdırır

MALİYYƏ 25 iyl 2022, 11:58
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Ancaq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”, - “S&P” bildirib.

Agentlik "Brent" markalı neftin bu il orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları və 2024-2025-ci illərdə isə orta hesabla 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyir.

Bununla bağlı olaraq, agentlik 2026-cı ilə qədər manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top