Salyanda “Kikboksinq hamı üçün” devizi altında döyüşlər təşkil edilib — FOTOLAR

İDMAN 24 iyl 2022, 18:34
24 iyul 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümünə həsr olunmuş “Kikboksinq hamı üçün” devizi altında kikboksinq idman növü üzrə nümunəvi döyüşlər təşkil edilmişdir. Salyan şəhəri Heydər Əliyev küçəsində Uşaq Əyləncə parkı qarşısında təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.

İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Sonra tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək bildirdi ki, belə idman tədbirlərinin keçirilməsində əsas məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərdə idmana maraq yaratmaqdır.

Sonra çıxış edən "Kikboksinq" idman klubunun direktoru Rahil İsgəndərov bildirdi ki, "İdman hamı üçün" layihəsinin rayonda idmanın təbliğində , gənclər arasında idmana marağın artırılmasında böyük rolu var. Daha sonra kikboksinq idman növü üzrə təcrübəli məşqçi müəllim Rahil İsgəndərovun rəhbərliyi ilə nümunəvi döyüşlər nümayiş etdirildi. Sonda qalib idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və Salyan "Kikboksinq" idman klubunun kubok və medalları ilə təltif edildilər. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında kikboksinq idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top