Şəhid anası: “Elvin deyirdi ki, səni daha yol süpürməyə qoymayacağam” — VİDEO

GÜNDƏM 23 iyl 2022, 15:13
“Hərbi xidmətə yollananda dostuna demişdi ki, ürəyimə damıb, mən şəhid olacam”.

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişinin budəfəki buraxılışında Vətən müharibəsi şəhidi Elvin Bayramovun anası Dürrə Bayramova deyib.

Şəhidin ailəsi Elvinlə bağlı xatirələrindən, onunla son telefon danışıqlarından bəhs edib.

“Həmişə deyirdi ki, mən Almaniyaya gedəcəyəm. Səni də oraya aparacağam. Səni daha yol süpürməyə qoymayacağam”, - deyə şəhid anası qeyd edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top