ABŞ-da parkda atışma oldu: Ölənlər var

DÜNYA 23 iyl 2022, 00:10
ABŞ-ın Ayova ştatının Makoket parkında atışma baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.

Hadisə yerindən 3 nəfərin meyiti tapılıb. Polis parkda araşdırma apararkən özünü güllələdiyi iddia edilən şübhəlinin meyitini tapıb.

Parkın ərazisində yerləşən uşaq çadır şəhərciyi boşaldılıb. Hələlik Makoket parkı bağlı qalır, lakin insanlar üçün artıq təhlükə yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top