“Facebook” xəbər lentinin imkanlarını genişləndirdi

SOSİAL MEDİA 22 iyl 2022, 22:32
Artıq sosial şəbəkə istifadəçiləri dostlarının yazılarını xronoloji ardıcıllıqla görə biləcəklər.

"Facebook-da ən vacib şeylərdən biri insanların dostlarının yazılarını qaçırmamasını təmin etməkdir.
 
Beləliklə, biz bu gün dostlarınızın, qruplarınızın, səhifələrinizin və digərlərinin yazılarını xronoloji ardıcıllıqla görə biləcəyiniz "Lentlər” nişanını işə salırıq”, – Mark Zukerberq yazıb.

Onun sözlərinə görə, proqram alqoritmlərinin seçilmiş məzmunu tövsiyə edəcəyi "Əsas səhifə” nişanında açılacaq. Həmçinin "Lentlər” nişanına keçmək və mesajların xronoloji lentini seçmək mümkün olacaq, xüsusən də dostların, qrupların və ya səhifələrin yazılarına ayrıca baxa, həmçinin seçilmiş lenti yarada bilərsiniz.

Yeni funksiya "Facebook”da iyulun 21-dən görünməyə başlayıb və gələn həftə bütün dünyada mövcud olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top