Mobil cihazlara yüklənən bəzi tətbiqlər vasitəsilə pulunuz ələ keçirilə bilər — VİDEO

İKT 22 iyl 2022, 18:00
Mobil cihazlara yüklənən bəzi tətbiqlər vasitəsilə pulunuz ələ keçirilə bilər. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Autolycos” adlı yeni zərərverici “Android” platformasında mövcud olan bir sıra tətbiqlərdə aşkarlanıb. Həmin proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir. Yeni zərərverici proqramın hazırda mövcud olduğu 8 tətbiq var. Bu məsələ ilə bağlı Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində süjet efirə gedib. 

İnformasiya Kommunikasiya Təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev bildirib ki, istifadəçilər belə məsələlərdə diqqətli olmalıdılar. Çünki zərərverici tətbiqlər telefondakı məlumatları rahatlıqla ələ keçirə bilir: “ Tətbiqlər telefona yükləndikdən sonra müəyyən pullu xidmətlərə abone olaraq, istifadəçinin hesabından pul çəkməyə başlayır. Tətbiq yüklənəndə icazə istənilir. Bundan sonra brazuerdə kart məlumatları saxlandığı üçün istifadəçinin məlumatlarından rahatlıqla istifadə olunur”. 
Rəşad Əliyev zərərli proqramların daha çox video və ya foto montaj ilə bağlı olduğunu deyir. Buna görə də, ilk olaraq həmin tətbiqləri mobil cihazlardan silmək lazımdır.

Mütəxəssis həmçinin bütün tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləməyi tövsiyə edir.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top