“Ciddi musiqi uşaq-muşaq əlində qalıb” — Brilliant Dadaşova

ŞOU-BİZNES 21 iyl 2022, 22:07
Xalq artisti Brilliant Dadaşova musiqimizin qürubuna, bayağı musiqinin meydan oxumasına biganə qala bilmədiyini söyləyib.

O, bu fikirlərini Demokrat.az saytına müsahibəsində deyib: 

“Ümumiyyətcə, çox təəssüflər olsun ki, həyat sevgidən, mehribanlıqdan, əzizlikdən, qardaşlıqdan daha çox mübarizə üzərində qurulub. Biganəlik insanlardan ən sevmədiyim cəhətdir. Mən biganə ola bilmirəm Bu, mənə baha başa gəlsə də, biganə ola bilmirəm. Hər dəfə biganə ola bilməməyimin ucbatından, mənim başım çox bəlalar çəkdi. Mənə çox pis təsir edirdi ki, səhnəyə təzə addım atan gənclər xarici mahnılar ifa edir. Mən, yadınızdadırsa, Murad Arifdən soruşdum ki, “Bu, “Azərbaycanın səsi”dir də, hə?” Youtube-da çox baxıldı o videom. Düşünürəm ki, bəlkə də, o sözüm nəticə verib. Amma çox yerlərdə ciddi musiqi uşaq-muşaq əlində qalıb. Bunu deyəndə bilirsiz nəyi nəzərdə tuturam? Çox ciddi layihələrin rəhbər şəxsi qismində çox təcrübəsiz insanları görürük. Azərbaycan klassik musiqisindən uzaq, anlayışı olmayan. Bəlkə bu da səbəbdir.. Sonra bunun qarşısını yığıb-yığışdırmaq çətin olacaq. Amma nə etmək olar ki? Mən o qədər də səlahiyyət sahibi deyiləm. Mən, sadəcə, xalqın dinlədiyi insanam. Kiməsə də sərf etməyəndə, türklər demiş, “çamur atır,” montaj edirlər, çək-çevir edirlər dediyim sözü, tamamilə başqa mənaya gətirirlər fikrimi. Ona görə də çalışıram ki, nə qədər biganə qalmasam da, belə mövzularda ehtiyatlı davranım.”

Gülçin Qorxmaz
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top