“Bizim evdə “Final” var” kampaniyasına start verildi — VİDEO

BİZNES 21 iyl 2022, 18:02
İstehlakçılar tərəfindən sevilən “Final” yağları növbəti aksiyasını həyata keçirir. Adıçəkilən marka “Bizim evdə “Final” var” şüarı ilə məşhur aparıcı  Zaur Baxşəliyevin iştirakı ilə bölgələrimizi ziyarət edir, vətənimizin gözəl yerlərini qarış-qarış gəzərək, təsadüfi bir evin qapısını döyüb, qonaqpərvər bir ailənin qonağı olurlar.  
    
Qapısını “Final” yağ ailəsinə açanların evinə təbii ki əliboş gəlmək olmaz. #bizimevdəfinalvar deyən hər kəs üçün hədiyyələr  nəzərdə tutulub.

Bu kampaniya müddətində hər həftə məmləkətimizin fərqli bölgələrinə gedilərək,  evlərində “Final” yağı olan hər kəsə müxtəlif hədiyyələr veriləcək. 

İlk səfərki istiqamətləri  Quba, Qusar, Şamaxı və İsmayıllı oldu. Qapısını  açan, evində Final olan hər kəsə hədiyyələr təqdim edildi.



Quba ilə başlayan bu səyahət 27, 28 iyul tarixlərində Masallı, Lənkəran və Astarada sonra isə digər bölgələrdə davam edəcək.

Nə qədər çox “Final” yağı, bir o qədər də böyük hədiyyə! Sizin qapınızı döyüb, qonağınız olsalar siz də #bizimevdəfinalvar deyin!





Məlik
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top