Qazaxda kişi arvadını balta ilə vurdu

HADİSƏ 20 iyl 2022, 23:23
Qazaxda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib. 

"Kriminalqafqaz"ın xəbərinə görə, hadisə rayonun Qarapapaq kəndində baş verib.

Belə ki, kənd sakini 1981-ci il təvəllüldüa Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onların bir müddər əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verilib. Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top