“Pandemiya qürubuna yaxınlaşır, amma hələ bitməyib”— Adil Qeybulla

SOSİAL 20 iyl 2022, 19:17
Koronavirus pandemiyası hələ də davam edir. Artıq Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə Covid-19-a yoluxma halları artıb. Hər həftə yoluxma sayı daha yüksək olur. Bu da pandemiyanın bitmədiyini və hətta yeni dalğa gətirdiyini deməyə əsas verir. Ümumdünya səhiyyə təşkilatı Azərbaycana və bütün dünyaya yenidən maskadan istifadəni tövsiyə edir. Tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az saytına açıqlamasında qeyd edib ki, pandemiya qüruba yaxınlaşsa da, hələ bitməyib. 

“Pandemiya əslində qürubuna yaxınlaşır amma pandemiya hələ bitməyib və dünya səhiyyə təşkilatı və dünyanın mötəbər mərkəzləri hansılar ki, xəstəliklərin gedişinə təsir edir. Bununla bağlı raport verməyiblərsə, deməli proses hələ bitməyib və mutasiya davam edir. Omikron heç də mutasiyanın sonuncu ştamı deyil. Məsələ bundan ibarətdir ki, bütün dünyada kollektiv immunitet yoxdur. İnfeksiya zənciri ayrı-ayrı ölkələr də, tam qırılmayıb. Buna görə də prosses davam edir.”

Artıq qonşu ölkə Gürcüstan da daxil olmaqla, bir sıra dövlətlər vətəndaşlarına 4-cü doza peyvəndin vurulması barədə xəbərdarlıq edib. Bəs görəsən 4-cü doza bizi virusda tamamilə qoruya biləcəkmi?

“Bu gün vaksinlərin özünə müəyyən dəyişikliklər edirlər. Çünki yeni mutagen viruslar özlərinə qarşı da antitellər olan və yaxud zəiflədilmiş forması olan vaksinlər istehsalı gündəmə gəlməkdədir. Ona görə də ola bilsin ki, vaksinlər yenilənsin. Və belə zərurət ortada ola bilər onda yenidən buster doza vurula bilər. Hesab edirəm ki, bu artıq zərurətdən yaranacaq. Dünya səhiyyə təşkilatı bu cür tövsiyə edərsə, yəqin ki, dünyanın aparıcı şirkətləri bu cür vaksinləri istehsalına başlayacaq.”
Rusiya, İndoneziya, İsrail, Fransa pandemiyanın təsirinə yenidən məruz qalan ölkələr sırasındadır. Çində də vəziyyət ürək açan deyil. Ölkənin müxtəlif şəhərlərində karantin rejimi sərtləşdirilib. “Sıfır COVID” strategiyası ilə hərəkət edən Çin yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə virusun qarşısını almağı planlaşdırır. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top