Qurban Qurbanov: "Futbola aid hər şeyi meydanda gördük"

İDMAN 19 iyl 2022, 22:26
“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı”

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II tənifat mərhələsində “Sürix”lə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisini 3:2 hesabı ilə məğlub edən Azərbaycan çempionu iyulun 27-dəki cavab matçı öncəsi üstünlüyə yiyələnib.
Qarşılaşmadan sonrakı mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Futbola aid hər şeyi meydanda gördük. Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top