Azərbaycan əhalisinin sayı açıqlandı

SOSİAL 18 iyl 2022, 12:24
2022-ci ilin yanvar-may aylarında əhalinin sayı 22 781 nəfər və ya 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Demokrat.az-a verilən xəbərə görə, 2022-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 10 179 147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top