İlham Əliyevin son təyinatlarının siyasi palitrası...

TƏHLİL 17 iyl 2022, 20:27
20 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi və qurumun əsasında aşağıdakı üç dövlət orqanı yaradıldı:

- Prezidentinin Təhlükəsizlik Xidməti

- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Bununla, XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov da vəzifəsini itirmiş oldu. Buna qədər general-polkovnik Bəylər Eyyubov XDMX-nin rəis müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışırdı. Fərmanla B.Eyyubov XDMX-nin əsasında yaradılan 3 qurumdan birinin – Prezdentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Amma digər iki dövlət qurumuna - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəhbər şəxs təyin edilməmişdi. Düz 28 ay ərzində hər iki Xidmətin rəisi vəzifəsi boş qaldı.

Bu müddət ərzində hər iki quruma general-polkovnik B.Eyyubovun nəzarət etdiyi heç bir şübhə doğurmur. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini tutması onun 28 ay başsız qalan XRİTDX və SOMDA-ni nəzarətdə saxlamaq imkanlarını da təmin etmişdi.

Amma B.Eyyubov iki gün öncə XDMX-nın əsasında yaradılan digər iki dövlət qurumun rəisi vəzifəsinə özünə yaxın şəxslərin təyin edilməsi imkanını da itirmiş oldu.

Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyinat alan - nə sabiq Bakı şəhər prokuroru İlqar Abbasov, nə də DTX-nın rəis müavini vəzifəsində işləmiş İlqar Musayev B.Eyyubovun “siyasi çətiri” altında karyera yüksəlişi əldə etməmişdi.

Qeyd edim ki, İ.Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat almaq üçün bir müddət əvvəl bütün imkanlarını səfərbər etmişdi. Amma o, başqa biri quruma təyinat aldı. Penitensiar Xidmətin rəisi, general-leytenant Ceyhun Həsənov isə B.Eyyubovun ən yaxın adamlarından biri kimi tanınır.

Prosesin siyasi palitrası birrəngli, amma çoxşaxəlidir. Bu baxımdan...

Prezident İlham Əliyevin bu sərəncamlarını mühüm və ölkə əhəmiyyətli hədəflərə hesablanmış addım hesab etmək olar.  

Samir Feyruzov
azsiyaset.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top