Gürcüstanın Baş naziri Ermənistan XİN başçısı ilə görüşdü

GÜNDƏM 16 iyl 2022, 11:59
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Demokrat.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçiriləcək görüşü olub.

İ.Qaribaşvili tərəflər arasında gələcəkdə dialoqun müsbət dinamikasının inkişafının vacibliyini qeyd edib.

Görüşdə bölgədə sülh təşəbbüsü və onun regional münasibətlərin normallaşdırılmasındakı rolu müzakirə olunub.

Aynurə
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top