İntihar edən rəis müavini tarixçi alimin oğlu imiş

GÜNDƏM 14 iyl 2022, 12:13
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli ötən gün intihar edib.

"Qafqazinfo" xəbər verir ki, Əli Cahangirlinin tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğlu olduğu üzə çıxıb.

Bu barədə məlumatı mərhumun qardaşı Araz Cahangirli saytımıza təsdiq edib. O bildirib ki, hazırda ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top