126 yaşlı kişi uzun ömür sürməyin sirrini açıqladı

MARAQLI 13 iyl 2022, 20:00
Dünyanın ən uzunömürlü sakini olan 126 yaşlı Svami Sivananda bu qədər yaşamağın sirrini açıb.

Demokrat.az xəbər verir ki, Hindistanda doğulan Svami uzun ömür sürməyin sirrini aşiq olmamaq və ədviyyatlı yeməklərdən uzaq durmaqda görür.

126 yaşlı qoca heç vaxt evlənməyib və kasıb həyat sürür.

O maddi həyatı ilə bağlı bunları deyib: "Kasıb doğuldum və maddiyyatda heç gözüm olmadı. Bu gün insanların pul sevgisi məni çox üzür. Onlar buna görə də qısa həyat yaşayırlar".

Svami yataqda yatmır və həsir üzərində yuxuya gedir.

O hər kəsə bunu deyir: "Həyatdakı ən böyük sərvət sağlamlıqdır".

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top