“Qarabağ” darmadağınla növbəti mərhələdə! — YENİLƏNİB

İDMAN 12 iyl 2022, 21:55
“Qarabağ” Çempionlar Liqasının I turunun cavab qarşılaşmasında darmadağınla növbəti mərhələyə yüksəlib.

Demokrat.az
-ın xəbərinə görə, qitənin ən nüfuzlu turnirində təmsilçimiz Polşa çempionu “Lex” üzərində 5:1 hesablı qələbəyə sevinib. Hərçənd, oyunun ilk saniyələrindən hesabda geri düşüb. Bununla belə, “Qarabağ” özündə inam taparaq, əvvəlcə hesabı bərabərləşdirib, hissənin sonunda 2:1 önə keçməyi bacarıb. 

İkinci 45 dəqiqədə rəqib qapısını 3 dəfə silkələyən “köhlən atlar”, bir həftə öncə 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

"Qarabağ" - "Lex" - 5:1  
Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1

Beləliklə, turu adlayan “Qarabağ” növbəti mərhələdə İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.


18:47
Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Lex" matçı üçün heyətlər açıqlanıb.

Demokrat.az
xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Qeyd edək ki, ilk oyun Polşa təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunkaşmışdı (1:0)

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top