Elman Nəsirov: “Bir qədər vəsait ayırdım ki, qurbanlar kəsilsin, ehtiyacı olanlara paylanılsın” — Deputatlarla SORĞU

GÜNDƏM 11 iyl 2022, 13:16
İyulun 9 və 10-da Azərbaycanda Qurban bayramı qeyd olundu.

Demokrat.az Milli Məclis deputatlarının bayramı harada və necə qeyd etdikləri barədə sorğu keçirib. Onları bəzilərini təqdim edirik:

Deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Qurban bayramını ailəsi ilə birlikdə qeyd edib:



“Öncə hər kəsin bayramını təbrik edirəm. Allah bütün kəsilən qurbanları qəbul etsin. Mən bayramı ailəmlə, valideynlərimlə bir yerdə qeyd elədim. Eyni zamanda, bayram günü Ağdama səfərimiz oldu. Aprel şəhidi, Murov qartalı Raquf Orucovun 50 illiyini Ağdamda qeyd etdik, N saylı hərbi hissədə əsgərlərlə bir yerdə olduq. Yəni, bayramın birinci gününü Ağdamda, ikinci gününü isə ailəmlə bir yerdə qeyd etdim. Həmçinin, qurbanlar kəsdik. Kəsilən qurbanları imkansız ailələrə, seçicilərimizə, hansı ki, onları tanıyırıq onlara payladıq. Eyni zamanda, imkansız qohumlara da qurban payladıq. Allah bütün qurbanları qəbul eləsin”. 

Bayram münasibətilə xalqı təbrik edən deputat Elman Nəsirov vurğulayıb ki, Qurban bayramını Cəlilabadda qeyd edib:



“Qurban bayramını rayonda qeyd etdim və ənənəvi olaraq qurban kəsmək tədbirlərində iştirak etdim. Qeyd edim ki, bir neçə qeyri-hökumət təşkilatları bu məqsədlə kampaniya keçirdi. Qurbanlar kəsildi və kasıb, imkansız, ehtiyacı olanlara paylanıldı. Mən də onların bir neçəsində iştirak etdim və maliyyə dəstəyi verdim. Eyni zamanda, rayonda bu məqsədlə bir qədər vəsait ayırmışdım ki, qurbanlar kəsilsin və ehtiyacı olan insanlara paylanılsın. Hər kəsin Qurban bayramın təbrik edirəm. Allah kəsilən qurbanları qəbul etsin”. 

Deputat Cavid Osmanov bildirib ki, qurban bayramını rayonda qeyd edib:



“İlk növbədə xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm. Dövlətimizə əmin-amanlıq, tərəqqi, xalqımıza ruzi-bərəkət arzulayıram. Allah bütün kəsilən qurbanları qəbul etsin. Mən Qurban bayramını doğulub, boya-baş çatdığım, Milli Məclisdə təmsil etdiyim Ağdaş rayonunda keçirdim və ənənəvi olaraq da qurban kəsdik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top