Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı

İDMAN 10 iyl 2022, 21:30
Bu gün azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə çempionların Şahmat Turu çərçivəsində keçirilən “Road to Miami” onlayn turniri başlayıb.

Dörd gün ərzində yarışın ilkin mərhələsi keçiriləcək və burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütü müəyyənləşdirəcək.

Dairəvi sistemdə qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal verilir.

Həmyerlilərimizin iştirakı ilə keçirilən ilk görüşlər artıq başa çatıb. Məmmədyarov – Aronyan, Rəcəbov isə Duda üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

2-ci turada Rəcəbov və Məmmədyarov bir-birilə qarşılacaqlar. Növbəti turlarda Məmmədyarov Rapport və Voytaşek, Rəcəbov isə Eriqaisi və Yu Vençjun ilə görüşəcək./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top