TƏBİB: "Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb"

GÜNDƏM 10 iyl 2022, 21:04
Ağstafa rayonu Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı 09 iyul tarixində saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, TTY briqadası 18:07 radələrində həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.

Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.

Daha sonra vətəndaşın nəşi adiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oradan meyit basdırılması üçün ailəsinə verilib.

Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar.

Orada da kliniki ölüm təsdiq olunub.

Mərhumun yaxınlarına başsağlığı diləyirik!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top