Çin Ukraynadakı müharibəyə neytral yanaşmır — ABŞ dövlət katibi

DÜNYA 10 iyl 2022, 00:41
ABŞ dövlət katibi Entoni Blinken Çinin Ukraynadakı müharibədə bitərəf olduğuna inanmır.

Demokrat.az xəbər verir ki, bu barədə o, Bali adasında çinli həmkarı Vanq Yi ilə beş saatdan çox davam edən görüşdən sonra bildirib.

O qeyd edib ki, Pekin BMT-də Rusiyanı dəstəkləyib və Rusiyayönlü təbliğatı artırıb. Blinken Çinin xarici işlər naziri ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini açıqlayıb.

“Mən nazirə bir daha dedim ki, biz Çinin Rusiya ilə yaxınlaşmasından narahatıq”, - deyə o bildirib.

Blinken xatırladıb ki, Çin lideri Si Cinpin iyunun 13-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Kremllə tərəfdaşlığı dəstəklədiyini açıq şəkildə vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top