İllərdir təmirsiz qalan yol: AAYDA biraz da dözün deyir… — VİDEO

SOSİAL 10 iyl 2022, 00:27
Sabirabad rayonunun “Kür qırağı” adlanan avtomobil yolu Kür çayı  sahilində yerləşən kəndlərin sakinlərinin istifadə etdikləri əsas yoldur. Yolun yararsız vəziyyətdə olması insanları çətin duruma salır. Sürücülər deyirlər ki, yolun acınacaqlı halda olması onları xərcə salır. Çünki avtomobilləri tez-tez sıradan çıxır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun nə zaman təmir ediləcəyinə aydınlıq gətirib. 

Yararsız vəziyyətdə olan yol sürücüləri təngə gətirib.

Görüntülər Sabirabadın “Kürqırağı” adlandırıln magistral yolundandır. Bir neçə il bundan əvvəl Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistralının Sabirabad rayonunun ərazisindən keçən hissəsi əsaslı təmir olunub. Təmir müddətində iritonnajlı nəqliyyat vasitələri məhz Kürqırağı yolundan istifadə edirdilər. Bundan sonra asfalt örtüyü bir az da aşınaraq yararsız vəziyyətə düşdü. 

Magistral yol vasitəsilə 20-dən çox kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edir. Qaratoğay, Güdəcühür, Axtaçı, Ətcələr, Həşimxanlı, Mürsəlli, Ulacalı, Bulduq kəndlərinin sakinləri hər gün bu yoldan istifadə etmək məcburiyyətində qalırlar.  Sakinlərin sözlərinə görə dözülməz vəziyyətlə üz-üzədirlər. 

Məsələ ilə bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Sabirabad rayonunda təmirə ehtiyacı olan bütün yolların siyahısı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. Maliyyə ayrılan kimi yollar yenidən qurulacaq.
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top