Nazilə Səfərli Kəlbəcərə qanunsuz keçib? — AÇIQLAMA + YENİLƏNİB

HADİSƏ 09 iyl 2022, 22:34
Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazilə Səfərli Oxu.Az-a bildirib ki, işğaldan azad edilən ərazilərə qeyri-qanuni keçmək mümkün deyil və o, Kəlbəcərə getmək üçün bütün lazımi qaydlara riayət edib:

“Həm özüm, həm də avtomobilimin portalda qeydiyyatdan keçib. Kəlbəcərə qanunsuz yolla səfər etmək mümkün deyil. Dörd post keçmişəm. Qanunsuz getmişdimsə niyə buraxıblar? Qanunsuz hərəkətlərə saxta xəbər yayanlar yol verir! Hərə öz işi ilə məşğul olsa yaxşıdır...”

21:44
Şairə Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.


Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top