Dələduzlar “turist ovu”na çıxıb — Hər təklifə aldanmayın — VİDEO

TURİZM 09 iyl 2022, 09:22
''Qiymətləri ucuz, təqdim etdikləri xidmətlər isə keyfiyyətsizdir''. Bəzi turizm şirkətlərinin nisbətən aşağı qiymətə təklif etdikləri turpaketlərdən istifadə edən vətəndaşlar bu qənaətdədirlər.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyir ki, daxili turlar təşkil edən şirkətlərinin bəzilərinin ofisi belə yoxdur. Xərclərdən yayınmaq üçün bu üsulla vətəndaşların diqqətini cəlb etmək istəyirlər.

Ekspertin sözlərinə görə, belə şirkətlər keyfiyyətə önəm vermirlər. İstər istirahət məqsədilə seçilən məkanlar, istərsə də, səfər zamanı təqdim edilən nəqliyyat vasitələrinin sazlığı ikinci planda qalır.

Ceyhun Aşurov qeyd edib ki, paytaxtdan şimal-qərb rayonlarına səfərlər zamanı turpaketin qiymətini həm 18-20, həm də 50-100 manat civarında müəyyən edən şirkətlər var. Aşağı qiymətlər insanlar üçün cəlbedici olsa da, keyfiyyət onların ürəyincə olmaya bilər.

Ekspert əlavə edib ki, belə vəziyyətlə qarşılaşmaq istəməyən vətəndaşlar əvvəlcədən turizm şirkətlərini araşdırmalıdırlar. Sosial mediada şirkət barədə yazılan rəylərə nəzər yetirilməlidir. ''Yüksək qiymətə turpaket təklif edən şirkətlər sığorta məsələlərinə ciddi diqqət edirlər. Onlar qidaların, avtobusların seçimində daha tələbkar olurlar''-deyə ekspert vurğulayıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top