İqtisadçı: “Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək”

GÜNDƏM 08 iyl 2022, 14:47
“Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Ekspert qeyd edib ki, ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq:
 
“Təbii bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticə də ölkəyə valyuta daxilolmaları kəskin azalacaq.



Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə pul lazım olacaq. Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə infilyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəngirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların infilyasiyaya da təsir çox pis olacaq”.

“Bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşayadığı 2022-ci ilidir. Odur ki, “qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”- deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top