Kənan Əliyev vəzifəsindən azad edildi

DAXİLİ SİYASƏT 07 iyl 2022, 20:01
Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev vəzifəsindən azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Kənan Əliyev Daxili işlər orqanlarının istintaq tədqiqat və əməliyyat axtarışına nəzarət idarəsinə rəis müavini təyin olunub.

Eyni zamanda, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov vəzifəsindən azad olunaraq Nəsimi rayon prokurorunun müavini təyin edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top