Ermənilər Kəlbəcəri atəşə tutdu — RƏSMİ

DAXİLİ SİYASƏT 07 iyl 2022, 18:36
İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Ətraflı
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top