“Azərbaycan və Ermənistan deputatlarının Tiflisdə görüşməsini düzgün saymıram” — ŞƏRH

GÜNDƏM 07 iyl 2022, 17:03
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxış edib. O, Azərbaycan və Ermənistan deputatlarının Tbilisidə görüşünün keçirilməsini təklif edib.

Təklifi Demokrat.az-a dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, Gürcüstan həmişə Cənubi Qafqazda mərkəz rolunu oynamaq istəyib. Politoloqun sözlərinə görə, əsasən də Azərbaycan-Ermənistan arasındakı Qarabağ münaqişəsindən istifadə edərək, Cənubi Qafqazın siyasi baxımdan bir mərkəzi olmasını istəyib:



“Gürcü rəsmilərinin təklifi var ki, Azərbaycan və Ermənistan deputatları Tiflisdə görüşsün. Amma, mən indiki halda bunu düzgün hesab etmirəm. Çünki Ermənistan və Azərbaycanla bağlı son Ermənistan rəhbərinin çıxışlarına nəzər yetirsək, görərik ki, indiki məqamda Ermənistan öz siyasətindən əl çəkməyib. İstər iqtidarı olsun, istər müxalifətin tələbləri olsun. Ermənistan dövlət olaraq Azərbaycana qarşı destruktiv hərəkətlərindən geri çəkilməyib. Əgər delimitasiya və demarkasiya məsələlərinin həllində ciddi addımlar atılmas, ölkəmizə qarşı destruktiv mövqeyindən əl çəkməsə, hansısa erməni rəsmilərinin Gürcüstanda və ya başqa yerlərdə görüşlərinin olmasını  məqsədəuyğun saymıram”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top