Rusiyada “Alyaska bizimdir!” yazılmış lövhələr quraşdırıldı

REGİON 07 iyl 2022, 16:23
Krasnoyarskda “Alyaska bizimdir!” yazılmış lövhələr quraşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Sibirmedia” məlumat yayıb.

Yerli sakinlər lövhələrin sifarişlə hazırlana və quraşdırıla biləcəyini istisna etməyiblər. Krasnoyarsk qubernatorunun mətbuat xidmətinin rəhbəri Sergey Zıblev hakimiyyətin bununla heç bir əlaqəsi olmadığını bildirib: “Bu barədə ilk dəfədir eşidirik. Bu məlumatı sizdən öyrəndik”.

Sonradan məlum olub ki, lövhələri Krasnoyarskda qoşqu vastələrini istehsal  edən zavod yerləşdirib. Müəssisə bunun vətənpərvərlik nümayişi olduğunu deyib.

“Alyaska bizimdir!” yazılmış lövhələrin Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin çıxışından dərhal sonra quraşdırılması diqqət çəkib. Volodin dünənki açıqlamasında ABŞ-ı Rusiyanın Alyaskanı geri qaytara biləcəyi ilə hədələyib. Volodin bildirib ki, amerikalılar Rusiyanın resursları ilə bağlı qərar verməzdən əvvəl bu məqamı nəzərə almalıdırlar.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top