Dövlət komitəsi: “6 ay müddətində bizə 215 zərərçəkən müraciət edib”

SOSİAL 07 iyl 2022, 16:31
Qadınların cəmiyyətdə rolu kifayət qədər mühüm olsa da, gendər bərabərliyi və qadın hüquqlarının qorunması mövzusunda yetərincə maarifləndirmə işləri aparılsa da, son zamanlar baş verən məişət zorakılıqları və intihar saylarını artımı təşviş yaradır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova Demokrat.az-a müsahibəsində bildirdi ki, məişət zorakılığından əziyyət çəkənlər tərəfindən Komitəyə gün ərzində müraciətlər olur:

“Bu müraciətlər aidiyyatı üzrə dövlət orqanlarına yönləndirilir, ilk növbədə yerli icra hakimiyyəti orqanlarına göndərilir, çünki yerli icra hakimiyyəti orqanlarının zərərçəkənə mühaizə orderi qısamüddətli mühafizə orderi vermək səlahiyyəti var. Mühafizə orderləri ilə vəziyyətdə boşluqlar var idi. Əvvəlki illərdə çox az tətbiq olunurdu. Qısamüdətli mühazifə orderləri yerli icra hakimiyyəti orqanları tərəfindən 24 saat ərzində verilməlidir.”



Mühafizə orderləri zorakılığı törədən şəxsin davranışına qadağa qoyulması, iki şəxsin təhlükəsizliyinin təmin olunması barədə məhkəmə qərarına bənzər icra sənədidir. 30 gün müddətində icra hakimiyyətləri tərəfindən verilir, əgər bu müddət ərzində zorakılığı törədən şəxs əməlini təkrar edərsə, məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderi verilir: 

“Son illər komitə tərəfindən məişət zorakılığı ilə bağlı bir çox təlimlər, seminarlar keçirilib. Məqsəd odur ki, bütün aidiyyatı yerli qurumlarının bu məsələ ilə bağlı məlumatlılığını artırmaq. Əksər vaxtı rayonlardan, kəndlərdən komitəyə müraciət daxil olurdu, amma son 6 ayın təhlilini apardıq və görünür ki, artıq yerli orqanlara da müraciətlərin sayı artmışdır. Bunun nəticəsində də komitəyə müraciətdə də azalma müşahidə olunur.”



Son aylarla maariflədirmə tədbirlərinin çoxluğu səbəbindən mühafizə orderlərinin sayında artım müşahidə olunur. Bu müsbət hal kimi qarşılanır. Məişət zorakılığından zərərçəkənlər üçün Bakı şəhərində 860 nömrəli qaynar xəttə, 102 xidmətinə, eyni zamanda Aidə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun yerli mərkəzlərinə müraciət edə bilərlər. Əgər zərərçəkənlər ailədən uzaqlaşaraq, sığınacağa, yardım mərkəzinə müraciət etmək istəyirlərsə, sosial xidmətlər agentliyinin 142 saylı qaynar xətti ilə əlaqə saxlamalıdır. Qeyd edək ki, komitəyə 6 ay müddətində 215 zərərçəkən müraciət edib. Bu, əvvəlki illərlə müqayisədə qismən artım deməkdir. 

Gülçin Qorxmaz
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top