“Hökumət nümayəndələri və qurumları qiymət siyasətinə qarışa bilməz” — AÇIQLAMA

GÜNDƏM 07 iyl 2022, 16:18
“Marketlərdə, yaxud hansısa pərakəndə satış obyektlərində endirimlə bağlı məsələləri hansısa bir qanun tənzimləmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, bu endirimi tənzimləyəcək elə bir qanun da yoxdur:

“Qeyd edim ki, istehlakçıların hüquqları ilə bağlı qanunlar, qaydalar var.



Əgər istehlakçıların hüquqları pozulursa, doğurdan da, istehlakçı sübut edə bilirsə ki, buna endirim adı altında doğru olmayan məlumat verirlər, o zaman  istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan orqanlara, həm qeyri-hökumət təşkilatlarına, həm də İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi ilə bağlı ayrıca bir bölmə var ki, ora müraciət edə bilərlər. Doğrudan da, araşdırma nəticəsində belə bir şey olacaqsa, həmin pərakəndə ticarət obyeklərini cəzalandırmaq mümkündür. Amm, belə qaydan-qanun yoxdur ki, hansısa bir formada bunu tənzimləsin. Yəni, pərakəndə satış obyektləri istədikləri qiymətləri qoya bilərlər. Onların yeganə öhdəlikləri qazanclarından doğru-dürüst vergi verməkdir. Yəni, qiymət qoyma siyasətinə hakimiyyətin, hökumətin, hökumət nümayəndələrinin və qurumlarının qarışmağa ixtiyarı yoxdur. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top