Qırğızıstanda separatçıların ölkəmizə qarşı film təxribatının qarşısı alındı

DİASPOR 07 iyl 2022, 13:16
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Kino evi erməni separatçıların ideyalarını təbliğ edən filmin nümayişini ləğv edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Bişkekdəki Azərbaycan diasporu nümayəndələrinin etirazları olub.

Belə ki, Bişkekdə fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov və “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev Kino evinin direktoru Gülmira Kərimova ilə əlaqə saxlayaraq sözügedən filmin mahiyyətini izah edib və ləğv olunmasını tələb ediblər.

Bundan sonra Kyrgyzcinema.com saytında yerləşdirilən müvafiq elan silinib, filmin nümayişinin isə dayandırıldığı qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top