Qeyri-sağlam qidalanmanın şagirdlərdə yaratdığı fəsadlar açıqlandı

SOSİAL 07 iyl 2022, 11:32
“Ölkə rəhbərliyi Qida Təhlükəsizliyi Agentliyinin qarşısında əhalinin sağlam qidalanması ilə bağlı tapşırıqlar qoyub. Bununla bağlı dövlət proqramında tədbirlər nəzərdə tutulur”.

Demokrat.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi ölkə qarşısında duran vacib məsələlərdən biridir: “Qeyri-sağlam qidalanma nəticəsində kökəlmə, boy inkişafından geridə qalma problemləri yaranıb. Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Sağlam qidalanma tədbirləri ilə bağlı AQTA tərəfindən 20 minə yaxın şagird arasında geniş marifləndirmə işləri həyata keçirilib”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top