Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşdü

İDMAN 07 iyl 2022, 09:48
Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Demokrat.az-a verilən məlumata görə, o, dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışdauğurlu nəticələrə imza atıb.

Xankişiyeva Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. 21 yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCI-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya 35 xalla 45-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ayan Xankişiyeva yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci yerə layiq görülüb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top