"Aztelekom"dan yenilik — Bu tariflər ləğv edilir

İQTİSADİYYAT 06 iyl 2022, 19:37
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir.

MMC-dən Demokrat.az-a verilən məlumata görə, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top