Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi — VİDEO

KRİMİNAL 06 iyl 2022, 18:44
Bakı şəhərində sürücü ayağını çölə çıxardaraq avtomobil idarə edib.

Demokrat.az-ın məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilb: "İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi və məsuliyyətli olmağı xahiş edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top