Roza Zərgərlinin oğlu: “Həm qardaşıma, həm də mənə ev verilib”

ŞOU-BİZNES 06 iyl 2022, 15:47
Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb. 

Bu barədə sənətçi olay-a açıqlama verib. C. Qafarov deyib ki, ev üçün 1 il əvvəl müraciət edib:

"Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə".

Aktyor sosial şəbəkələrdə mövzu barədə ona mənfi şərh yazanlardan da söz açıb:

"Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, həm də tərif yazanlar ola bilər. Bu normaldır".  

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top