“Beynəlxalq hüquq bir çox imperialist qüvvələrin siyasi oyuncağına çevrilib” — ŞƏRH

GÜNDƏM 06 iyl 2022, 15:52
Məlum olduğu kimi, bu ilin aprelində Xocalının Fərrux kəndi istiqamətində aparılan qazıntı zamanı insan qalıqları aşkarlandı. Tədqiqatlar nəticəsində isə məlum oldu ki, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir. Bəs, qalıqların kimliyi dəqiqləşdirildikdən sonra Ermənistanı beynəlxalq məhkəməyə vermək mümkün olacaqmı?

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Fərrux kəndindəki son qazıntılar zamanı ortaya çıxan faktlar erməni vandallığının növbəti dəfə təzahür idi. Onun sözlərinə görə,  son aylarda aparılan bütün tədqiqat işləri təkcə Fərrux kəndi ətrafında deyil, eyni zamanda Kəlbəcərin Başlıbel bölgəsi və digər bölgələrdə çoxsaylı insan qalıqlarının aşkarlanması ermənilərin azərbaycanlılara qarşı törətdiyi çox vektorlu soyqırım aktlarını bir daha dünyaya nümayiş etdirmiş oldu:

“Ancaq təəssüflər olsun ki, bu günə qədər nə 1918-ci il Mart soyqıırımı, nə də Xocalı soyqırımı beynəlxalq hüquq tərəfindən layiq olduğu qiyməti almayıb. Təbii ki, vaxtında ermənilərin törətdiyi soyqırımlara göz yumanlar, yaxud da birbaşa bu soyqırımlar əleyhinə hansısa bir addım atmayan dövlətlər və beynəlxalq güclər mən düşünürəm ki, həm də soyqırım təşviq etmiş oldular. Bu gün ermənilərin saxta 1915-ci il olaylarından güclənən Türkiyə siyasi faktoruna qarşı istifadə edən ABŞ prl Mart soyqırımı deyil, eyni ezidenti, ABŞ dövlət departamenti və dünyadakı bir çox qurumlar təəssüf olsun ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktlarına göz yumurlar.



Belə hesab edirəm ki, təkcə Xocalı soyqırımı və 1918-ci izamanda Qarabağın bir çox bölgələrində, son olaraq Fərruxda aşkarlanan insan qalıqları, Quba Soyqırımı Memorial Kompleksindəki göstərdiyi faktlar ermənilərin bir çox sahələr üzrə Azərbaycan xalqına qarşı keçirdiyi vandallığı ortaya qoymuş olur. 

T.İsmayılov qeyd edib ki, Azərbaycan həm ayrı-ayrılıqda hər bir soyqıırm faktı üzrə beynəlxalq məhkəmələr təşkilatlara müraciət edib:

“Eyni zamanda Fərruxdakı son qazıntılar, bundan sonra işğaldan azad edilmiş torpaqlarda aparılan tədqiqat işləri nəticəsində ortaya çıxan başqa erməni vəhşilikləri ilə bağlı kompleks şəkildə də beynəlxalq məhkəmələrə müraciət edə bilər. Təəssüf ki, beynəlxalq hüquq bir çox imperialist qüvvələrin siyasi oyunacağına çevrilib. İstənilən halda Azərbaycan diplomatik və hüquqi müstəvidə mübarizəsini davam etdirir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top