Rusiyanın sərhədimizdə hərbi baza tikməsinin əsas məqsədi nədir? — ŞƏRH

GÜNDƏM 06 iyl 2022, 15:34
Rusiya Ermənistanın Tovuzla üzbəüz yerləşən Ayqepar kəndi yaxınlığındakı keçmiş aerodromun ərazisində hərbi baza tikir. Bu hərbi bazanı tikilməsində əsas məqsəd nədir? 

Məsələyə münasibət bildirən siyasi-şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra 102-ci hərbi bazanın bir hissəsinin Azərbaycanla sərhəd bölgəsinə köçürüləcəyi haqda məlumatlar var idi, xüsusilə Zəngəzur bölgəsində olacağı deyilirdi.  Analitik qeyd edib ki, 102-ci hərbi bazanın tərkibində Tovuzla sərhəddə yeni hərbi bazanın yaradılması bu prosesin tərkib hissəsi ola bilər:

“Burada əsas səbəb Türkiyənin Cənubi Qafqazda aktivləşməsidir. Moskva Ankara ilə bir çox məsələdə birgə işləyir, lakin Türkiyənin NATO ölkəsi olduğunu da unutmur. Türkiyənin bölgədə aktivləşməsni həm də NATO-nun qeyri-rəsmi şəkildə bölgəyə gəlməsi kimi qəbul edir. 102-ci hərbi bazanın əsas missiyası da NATO ilə sərhəddə müdafiə zolağını yaratmaqdır və indi bu proses həm də Azərbaycanla sərhəddə də həyata keçirilir”. 

A.Nərimanlı əlavə edib ki, bununla yanaşı, bölgədə kommunikasiyanın açılması prosesində Qazax-İcevan dəmir yolunun işə düşməsi də planlaşdırılır:

“Mümkündür ki, hərbi baza həm də bu yolun təhlükəsizliyini təmin etməyə hesablanıb, çünki Rusiyanın marağında olan yollardan biri budur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top