Səidə Dadaşova hiddətləndi: “Beyninizi format edin!”

ŞOU-BİZNES 06 iyl 2022, 14:08
Səidə Dadaşova trendə düşən, lakin əsl sənətdən və peşəkarlıqdan uzaq ifaçılarla bağlı sərt fikirlər səsləndirib. 

O, ifalarının bu cür sıralamada olmamasından narahat olmadığını söyləyib və sosial platformaların ifaçıların düşüncələrinə, davranışlarına mənfi təsir göstərdiyini iddia edib: 

“Bir qrup ifaçı var ki, onların öz dünyası var. Öz dünyalarında trenddədirlər. Sosial şəbəkə sənəti, insanları cılızlaşdırdı. Elə bildilər ki, sosial şəbəkələr elə bunun üçün yaranıb. Mən Tik-Tok səhifəmi satışa qoydum. Dedim, ay bala, istəmirəm. Sınaqdan keçirdim bir dəfə, adi bir video paylaşdım, izləyici sayı 5 mindən 24 minə qalxdı. Niyə axı mən öz mahnımı paylaşanda 24 minə qalxmadı?! Bu trend nədir, mənası nədir axı?! Mənim üçün Tik-Tok, sosial şəbəkə, trend filan maraqlı deyil. Bizim sənətkarlarımız var, əfsanələrimiz var ki, baxış sayı 300, 500, uzaqbaşı mindir. Belə çıxır ki, o sənətkar deyil?! O müğənni deyil?! Gülməlidir! Bir az özünüzə gəlin, dünyanıza qayıdın. Bir az virtual dünyadan çıxın. Mən qınamıram onları, çünki beyinləri quruyub. Düzdü, hamı istəyir ki, gözəl, çəhrayi rəngdə eynəyi olsun, hər yeri rəngli görsünlər. Amma bunun üçün eynək lazım deyil, gərək adamın ürəyi gözəl olsun ki, real dünyanı öz ürəyi ilə gözəl görsün. Virtual dünyada hər şey gəldi-gedərdi. Hər şey beyindən başlayır, bir az özünüzü format edin! Əgər siz bu qədər virtuala maraqlı insansınızsa, özünü, beyninizi format edin də!”

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top