Azərbaycanda sayt rəhbəri rüşvət alarkən saxlanıldı

MEDİA 06 iyl 2022, 11:12
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində reket fəaliyyətilə məşğul olan "Demokratik.az" saytının rəhbəri Osman Nərimanoğlu saxlanılıb.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Osman Nərimanoğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevdən 1500 AZN rüşvət alarkən saxlanılıb.

Osman Nərimanoğlu barəsində akt tərtib olunaraq, məhkəməyə göndərilib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası Osman Nərimanoğlunun reket fəaliyyəti ilə bağlı dəfələrlə ona xəbərdarlıq edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:

“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top