İki isveçrəli alpinist İtaliyada məşhur zirvəyə qalxarkən öldü

DÜNYA 06 iyl 2022, 09:35
İtaliyanın Alp dağlarında İsveçrədən olan iki alpinist Matterhorn dağına qalxarkən ölüb.

İtaliya xidmətlərinin məlumatına görə, alpinistlər iyulun 5-də Aslan təpəsi adlanan ərazidə yıxılıblar. Cəsədlər dəniz səviyyəsindən 3100 metr yüksəklikdə tapılaraq oradan ən yaxın stansiyaya endirilib.

Mon-Serven kimi də tanınan Matterhorn əslində İsveçrə və İtaliya sərhədində yerləşir. Bu, Alp dağlarının yeddinci ən yüksək zirvəsidir, dəniz səviyyəsindən 4478 metr hündürlükdədir və alpinistlər arasında ən populyar zirvələrdən biri hesab olunur. Hər il təxminən 3000 insan Matterhornu fəth etməyə çalışır və bir neçəsi ölür.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top