“Neftçi” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

İDMAN 06 iyl 2022, 09:22
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

Demokrat.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top