Partiya sədri: “Ermənistan bir top mərmisi atsa, biz artıq oranı reaktiv raketlərlə atəşə tutmalıyıq”

GÜNDƏM 05 iyl 2022, 17:55
“Biz 10 noyabr razılaşmasından bugünədək mütəmadi olaraq erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədlərində və erməni terrorçularının dönəm-dönəm Azərbaycan ərazilərində Azərbaycan əsgərinə, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımlarını müşahidə edirik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya sədri bu,  Qarabağda təxribat və terror kimi nəzərdə tutulsa da, ancaq dövlət sərhədlərimizdə bu halların baş verməsi sərhədlərə təcavüzdür:

“Təbii ki, bu ərazi bütövlüyünə yenidən qəsd etmək cəhdidir.  Mən bunu belə qiymətləndirirəm. Qətiyyən bu hər hansı bir razılaşmada deyək ki, üçtərəfli, dördtərəfli fərq eləmir, belə bir hərəkətlərə səbrli yanaşılması barədə bənd yoxdur. Bu olmadığı üçün biz qətiyyətli cavab verməliyik. Ermənistan ora bir güllə atanda biz ora on top atəşinə açmalıyıq ki, onlar bilsinlər ki, Azərbaycan istiqamətinə  gülə belə atmaq olmaz.  Ermənistan bir top mərmisi atsa, biz artıq oranı reaktiv raketlərlə atəşə tutmalıyıq və Ermənistanı yerini göstərməliyik. Ermənistana ultimatum verilməli, konkret vaxt qoyulmalıdır ki, əgər bu müddət ərzində bizim sərhədlər pozularsa, Azərbaycan beynəlxalq hüquqa istinad edərək öz sərhədlərini təhlükəsizliyini qorumaq naminə Ermənistan sərhədləri daxilində tampun bölgə, bufer bölgəsi, təhlükəsiz bölgə yaratmaq üçün Ermənistan ərazisinə daxil olmalıdır. Bu bizə beynəlxalq hüquqda verilən haqqdır. Biz bundan istifadə etməliyik. Və Azərbaycan ordusu heç bir addımdan çəkinməməlidir”. 

“Əminəm ki, belə bir addım atılsa, Azərbaycan dövlət sərhədlərinin təhlükəsizliyi təmin olunması üçün tampun bölgə, bufer bölgəsi, təhlükəsiz bölgə yaratmaq üçün sərhədləri Ermənistan tərəfə irəlilətsək, dünya da bunu nisbətən ədalətli qarşılayacaq. Təbii ki, Azərbaycan xalqı da, müxalifəti də bunu tam dəstəkləyəcək. İstənilən halda ermənilərə belə provakativ addımlar atmağa icazə verməmək lazımdır. Bunlar həm də sınaq şarları kimi qiymətləndirilməlidir. Ermənistan bizim edə biləcəklərimizin sərhədlərini sınayır ki, görək Azərbaycan nə qədər irəli gedə bilər. Biz hansı həddə qədər öz başınalığı edə bilərik. Ancaq Azərbaycan tərəfinin onlara cavabı konkret və kəskin olmalıdır deyə düşünürəm”, - deyə partiya sədri fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top