Nazir Sumqayıt Regional Mərkəzinin rəisini işdən çıxardı

GÜNDƏM 05 iyl 2022, 17:49
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzinin rəisini vəzifəsindən azad edib.

Demokrat.az xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub. 

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top