Necati Şaşmaz polisə çağırıldı

ŞOU-BİZNES 05 iyl 2022, 16:11
Türkiyədə "Sarallar" cinayət təşkilatına qarşı həyata keçirilən əməliyyatla bağlı yeni detallar məlum olub.

Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində bir neçə tanınmış şəxs polis bölməsinə çağırılıb.

Dindirilmək üçün çağırılan məşhurlar sırasında aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya, idman şərhçisi, aparıcı Sinan Engin və müğənni Aylin Coşkun da var.

Qeyd edək ki, sözügedən əməliyyat zamanı 119 nəfər şübhəli şəxs qismində saxlanılıb, çox sayda silah, nağd pul, sənəd və digər materiallar aşkar olunaraq götürülüb.(baku.ws)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top