Nahidə Orucovaya gözlənilməz sürpriz: “Xəbərsiz idim, çox həyəcanlandım...”

İNCƏSƏNƏT 05 iyl 2022, 16:05
Dünən Akademik Musiqili Teatrın 112-ci mövsümünün bağlanışı münasibətilə mükafatlandırılanlar arasında əməkdar artist Nahidə Orucova da olub. Belə ki, o, “Billur alma” mükafatına layiq görülüb. 

Demokrat.az saytı olaraq, aktrisa ilə əlaqə saxlayıb onu təbrik etdik, təəssüratlarını öyrəndik:

“Dünən teatrımızın 112-ci mövsümünün təntənəli bağlanışı idi. Təbii ki, biz hər il teatrın bağlanışını xüsusi qeyd edirik. Dünən həm də bizim direktorumuzun, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin doğum günü idi. Bir sözlə, bayrama bayrama qarışmışdı. Təbii ki, ənənəvi olaraq, müxtəlif nominasiyalar üzrə mükafatlandırılmalar keçirilirdi. İl ərzində zəhmətkeş, işgüzar fəaliyyət göstərmiş teatr nümayəndələri, nəinki sənətçilər, həm də texniki heyət mükafatlandırılırdı. Mən də dəvətlilər arasında idim. Amma bilmirdim ki, xüsusi “Billur alma” mükafatı mənə də təqdim olunacaq. Qəfildən adımı çəkəndə çox sevindim, həm də təəccübləndim. “Billur alma” mükafatı teatrımızdan iki nəfərə - mənə və il ərzində bir neçə dəfə uğurla nümayiş olunan “Paris Notr-Dam” tamaşasının rejissoru Samir Qulamova verildi. Mən teatrımızın rəhbəri başda olmaqla, bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm, onlara xoş istirahətlər, tamaşaçılara isə hər zaman teatrımıza gəlib tamaşalarımıza baxmağı tövsiyə edirəm. Qeyd edim ki, “Billur alma” mükafatı Hüseynağa Sadıqovun ailə üzvləri tərəfindən təsis olunur və hər il iki şəxsə təqdim olunur. Mən uzun illərdir, Akademik Musiqili Teatrda çalışıram, bu teatr mənim doğma teatrımdır, həqiqətən də ikinci evimdir. Ən sevincli günlərimi də, ən kədərli günlərimi də səhnəyə çıxaraq tamaşalarımı oynamışam, bundan tamaşaçının xəbəri olmayıb. Bu diqqət bizi daha da sevindirir, qürurlandırır.”




Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top